“Bayer“ ilk dəfə Almaniya çempionu oldu

İDMAN

14 Aprel 2024 22:00

Oxunma sayi: 163
“Bayer“ ilk dəfə Almaniya çempionu oldu

Bu gün Almaniya Bundesliqasında mövsümün qalibi müəyyyənləşib.

Azmedia.Az xarici mediaya istinadən xəbər verir ki, "Bayer" sona 5 tur qalmış çempionluğu rəsmiləşdirib.

Xabi Alonsonun komandası 29-cu turda "Verder"i qəbul edib.

Komandalar Leverkuzendəki "Bay Arena"da qarşılaşıblar. Qarşılaşmanı Harm Osmersin rəhbərlik etdiyi hakimlər briqadası idarə edib.

Leverkuzen təmsilçisi rəqibini 5 cavabsız qolla üstələyib. "Bayer" sona 5 tur qalmış xallarının sayını 79-a çatdırıb və 2-ci yerdəki "Bavariya"nı 16 xal qabaqlayıb. Nəticədə komanda tarixində ilk dəfə Almaniya çempionu olub.

Həmçinin "Bayer" məğlubiyyətsiz oyunlar seriyasını 43-ə çatdırıb. Eyni zamanda "Bayer" Bundesliqada ardıcıl 10 matçda qalib gəlib.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!