BDU-nun tələbəsi vəfat etdi - FOTO

ÖLKƏ

19 Aprel 2024 10:56

Oxunma sayi: 227
BDU-nun tələbəsi  vəfat etdi - FOTO

Bakı Dövlət Universitetinin (BDU) Şərqşünaslıq fakültəsinin IV kurs tələbəsi Ramil Aqil oğlu Nəsirov vəfat edib.

Azmedia.Az Lent.az-a istinadən xəbər verir ki bu barədə BDU-nun mətbuat xidməti məlumat yayıb.

2020-ci ildə BDU-nun Şərqşünaslıq fakültəsinə Tərcümə (fars dili) ixtisası üzrə qəbul olunmuş Ramil Nəsirov Universitetin təhsil göstəricələrinə görə fərqlənən və ictimai fəallığı ilə seçilən tələbələrindən olub. Daim BDU-nun və fakültənin ictimai həyatında aktiv iştirak edib. 2023-2024-cü tədris ilinin qış imtahan sessiyasında müvəffəq qiymətlər alıb və cari tədris ilində BDU-da təhsilini müvəffəqiyyətlə başa vurması gözlənilirdi.

BDU rəhbərliyi tələbəmizin vəfatından kədərlənir və ailəsinə dərin hüznlə başsağlığı verir.

Allah rəhmət eləsin!

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!