Belarus sanksiyalara belə cavab verəcək

SİYASƏT

06 Dekabr 2021 16:34

Oxunma sayi: 230
Belarus sanksiyalara belə cavab verəcək

Belarus hökuməti Minskə qarşı sanksiya tətbiq edən dövlətlərdən bəzi məhsulların ölkəyə idxalına qadağa qoyub.

Azmedia.Az xəbər verir ki, bu barədə məlumat Belarus Xarici İşlər Nazirliyinin bəyanatında yer alıb.

Bəyanatda deyilir ki, sözügedən qadağa ölkəyə qarşı qanunsuz sanksiya tətbiq edən dövlətlərə cavab tədbirləri olaraq tətbiq ediləcək.

Bununla yanaşı, bu məsələ ilə bağlı fərmanın ən qısa zamanda imzalanacağı qeyd edilir. 

“Haqsız rəqabətə əsaslanan Belarus aviasiya sənayesinə qoyulan qeyri-qanuni məhdudiyyətlərə cavab olaraq, Avropa İttifaqı və Böyük Britaniyanın aviadaşıyıcılarına qarşı da oxşar addımlar atacaq”, - deyə bəyanatda deyilir.

Qeyd edək ki, Avropa İttifaqı (Aİ) bu yaxınlarda Belarusa qarşı beşinci sanksiya paketi hazırlayıb.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!