Belarus Ukraynaya nota verdi

SİYASƏT

06 Dekabr 2021 12:13

Oxunma sayi: 228
Belarus Ukraynaya nota verdi

Belarus Ukraynaya nota verib.

Azmedia.Az xarici mediaya istinadən xəbər verir ki, Belarus Müdafiə Nazirliyi Ukraynanın Minskdəki hərbi attaşesini nazirliyə çağırıb və ölkəsinə nota verildiyini bəyan edib.

Notanın verilməsinə səbəb dekabrın 4-ü Ukraynaya məxsus “Mi-8” tipli hərbi helikopterin Belarusun hava məkanını pozması olub. Belarus tərəfi iddia edir ki, helikopter Novaya Rudnia adlı ərazinin yaxınlığında Belarusun hava məkanını 1 kilometrə qədər pozub.

Ukrayna Dövlət Sərhəd Mühafizə Xidmətindən verilən açıqlamada isə Belarusun hava məkanının pozulması barədə iddiaların həqiqəti əks etdirmədiyi bildirilib.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!