Beynəlxalq Əməkdaşlıq platformasında Ermənistanın Azərbaycana vurduğu ziyan açıqlanıb FOTO

SİYASƏT

17 Noyabr 2021 14:15

Oxunma sayi: 341
Beynəlxalq Əməkdaşlıq platformasında Ermənistanın Azərbaycana vurduğu ziyan açıqlanıb   FOTO

Noyabr ayının 16-da Kamboca Krallığının paytaxtı Phnom Penh şəhərində “COVİD 19-la mübarizə dövründə Sülh və dayanıqlı inkişaf üçün parlamentlərarası əməkdaşlığın gücləndirilməsi mövzusunda” Asiya-Avropa Parlamentlərarası Əməkdaşlıq platforması çərçivəsində 11-ci görüş keçirilib.

Görüşdə Kamboca Krallığının Baş Naziri Hun Sen, Avropa Parlamentinin Vitse-prezidenti Heidi Hautala, Tailand, Laos, Rumıniya, Banqladeş, Vyetnam parlamentlərinin rəhbərləri, Almaniya, Avstriya, Avstraliya, Belçika, Brunei, Çin, Kipr, Finlandiya, Yunanıstan, Macarıstan, İndoneziya, İrlandiya, İtaliya, Qazaxıstan, Koreya, Malayziya, Norveç, Filippin, Polşa, Portuqaliya, Rusiya, Sinqapur, İsveç, və digər ölkələri təmsil edən parlament üzvləri iştirak edirdilər.

Milli Məclisin deputatı Ramin Məmmədov “İqlim dəyişikliyinin həyatımıza təsiri və nəticələri” adlı panel müzakirələrində iştirak edib, Ermənistanın 30 il ərzində apardığı ekoloji terror, təbii sərvətlərin qanunsuz istismarı və bu əməllərin nəticələri haqqında danışıb. Deputat qeyd edib ki, 27 sentyabr - 10 noyabr 2020-ci il tarixlərində aparılmış 44 günlük Vətən müharibəsində Azərbaycanın şanlı zəfərindən və Dağlıq Qarabağ bölgəsi və ərazi bütövlüyünün bərpasından sonra, işğal illəri ərzində həyat fəaliyyətinin müxtəlif sahələrində, o cümlədən ekoloji sahədə Ermənistanın Azərbaycana vurduğu ziyanın qiymətləndirilməsi prosesinə başlanılıb. Azərbaycan artıq bəyan edib ki, beynəlxalq məhkəmələr vasitəsilə həm Ermənistan, həm də Azərbaycanın əvvəllər işğal olunmuş ərazilərində qeyri-qanuni biznes qurmuş beynəlxalq şirkətlərin təzminat ödəməsini tələb edəcəkdir.

     
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!