Bir ailədən iki nəfər şəhid olub “Vətən uğrunda“ medalı ilə təltif ediliblər

SİYASƏT

17 Dekabr 2020 13:15

Oxunma sayi: 1123
Bir ailədən iki nəfər şəhid olub   “Vətən uğrunda“ medalı ilə təltif ediliblər

Mingəçevirdə bir ailədən iki nəfər şəhid olub.

 

Azmedia.az  bildirir ki, Mingəçevirdə böyüyən 26 yaşlı Tural və 25 yaşlı Musa Həsənov qardaşları könüllü olaraq döyüşə yollanıblar.

Valideynləri övladları ilə oktyabrın 1-ə qədər əlaqə saxlaya biliblər. Ondan sonra hər iki qardaşla əlaqə itib. Həsənov qardaşları Suqovuşan istiqamətində döyüşüblər. İlk olaraq Musanın şəhid xəbəri gəlib. Anası Turalın sağ olduğuna və onunla təsəlli tapacağına inanıb. Amma digər övladının da şəhid xəbərini eşidib.

Musanın 2 qız, Turalın isə 2 oğul övladı var. Rəbiyyə Həsənova həyat yoldaşı Turalın döyüşə gedərkən ona tapşırıqlar verdiyini deyir.

44 günlük Vətən müharibəsində şəhid olan qardaşlar ölkə başçısının imzaladığı sərəncama əsasən "Vətən uğrunda" medalı ilə təltif ediliblər.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

 

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!