Birinci vitse prezident Mehriban Əliyeva Novruz bayramı münasibəti ilə Azərbaycan xalqını təbrik edib

SİYASƏT

20 Mart 2020 10:08

Oxunma sayi: 512
Birinci vitse   prezident Mehriban Əliyeva Novruz bayramı münasibəti ilə Azərbaycan xalqını təbrik edib

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Novruz bayramı münasibəti ilə Azərbaycan xalqını təbrik edib.

 

Azmedia.az  apa-ya  istinadən xəbər verir ki, təbrik Birinci vitse-prezidentin “Instagram” səhifəsində yerləşdirilib.

 

Təbrikdə bildirilir:

 

“Əziz həmvətənlər!

 

Novruz bayramı münasibətilə ünvanladığınız sevgi dolu səmimi təbriklərinizə, xoş arzularınıza görə hər birinizə dərin minnətdarlığımı bildirirəm. Bütün xalqımızı bayram münasibətilə səmimi-qəlbdən təbrik edir, hamıya möhkəm cansağlığı, xoşbəxtlik, bayram əhval-ruhiyyəsi arzulayıram!

 

Qoy təbiətin oyanması və yeniləşməsinin rəmzi olan bu bayram ürəklərdə ancaq saf niyyətlər, xoş duyğular oyatsın, hər evə, hər ocağa səadət və sağlıq, ölkəmizə sülh, əmin-amanlıq və uğurlar gətirsin!”.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!