Birinci vitse prezident Mehriban Əliyeva Prezident İlham Əliyevin doğum günü münasibətilə İnstaqram səhifəsində paylaşım edib

SİYASƏT

24 Dekabr 2019 09:46

Oxunma sayi: 519
Birinci vitse   prezident Mehriban Əliyeva Prezident İlham Əliyevin doğum günü münasibətilə İnstaqram səhifəsində paylaşım edib

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Prezident İlham Əliyevin doğum günü münasibətilə rəsmi İnstaqram səhifəsində paylaşım edib.

 

Azmedia.az xəbər verir ki, Mehriban Əliyeva instaqramda cənab prezidentə öz təbriklərini belə catdırdı.

 

 "Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevi doğum günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm!

 

Onun şəxsi keyfiyyətləri, bilikləri, qətiyyəti, yenilməz iradəsi, cəsarəti, məqsədyönlülüyü Azərbaycanı həmişə yeni qələbə və nailiyyətlərə doğru aparır. Onun gümrahlığı, tükənməz enerjisi və mehribanlığı hər birimiz üçün layiqli örnəkdir.

 

Bu əlamətdar gündə Prezidentimizə möhkəm cansağlığı, uzun ömür, gözəl əhval-ruhiyyə arzulayıram! Qoy onun güc mənbəyi olan Azərbaycan xalqının sevgisi və inamı onun gələcək uğurlarının rəhni olsun!"

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!