Birlik Günü münasibətilə Ukraynanın Azərbaycandakı səfirliyi 30 metrlik bayraq açıb FOTO

SİYASƏT

16 Fevral 2022 18:01

Oxunma sayi: 410
Birlik Günü münasibətilə Ukraynanın Azərbaycandakı səfirliyi 30 metrlik bayraq açıb   FOTO

Bu gün Ukraynanın Azərbaycandakı səfirliyində Birlik Günü qeyd olunub.

 

Azmedia.az xəbər verir ki, diplomatik missiyanın Azərbaycandakı Ukrayna icmasının nümayəndələri ilə keçirdiyi Ukraynaya dəstək tədbirində ölkənin 30 metrlik bayrağı açılıb.

“Ukrayna sülhə can atır, bütün münaqişələri və mübahisəli məsələləri yalnız diplomatik yolla, danışıqlar yolu ilə həll etmək istəyir. Bununla belə, Ukrayna hadisələrin istənilən gedişatına hazırdır. Biz başqasına məxsus olana iddia etmirik, amma özümüzə məxsus olanı da vermərik. Ukrayna Silahlı Qüvvələri işğalçı Rusiyanın hücumunu rədd etmək iqtidarındadır, ukraynalılar isə vətənin müdafiəsi üçün birləşəcəklər”, - səfirlikdən bildiriblər.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!