BMT Baş katibi Azərbaycan və Ermənistana çağırış etdi

SİYASƏT

27 Sentyabr 2020 23:15

Oxunma sayi: 631
BMT Baş katibi Azərbaycan və Ermənistana çağırış etdi

BMT Baş katibi Antoniu Quttereş Azərbaycan və Ermənistana çağırış edərək hərbi əməliyyatları dərhal dayandırmağa çağırıb.

Bu barədə “Report” Baş katibin ofisinə istinadən xəbər verir.

Məlumata görə, Baş katib tərəfləri gərginliyi azalmağa və danışıqlara qayıtmağa çağırıb.

Qeyd edilir ki, Antoniu Quttereş Dağlıq Qarabağdakı son eskalasiya ilə bağlı Azərbaycan və Ermənistan prezidentləri ilə əlaqə saxlayacaq.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!