BŞİH Bəxtiyar Hacıyevin piket müraciətinə cavab verdi

SİYASƏT

04 Mart 2020 12:21

Oxunma sayi: 1072
BŞİH Bəxtiyar Hacıyevin piket müraciətinə cavab verdi

Bakı Şəhər İcra Hakimiyyəti piket keçirmək istəyən deputatlığa namizədin müraciətinə cavab verib.

 

Azmedia.az AZXEBER.COM-a istinadla xəbər verir ki, piketin təşkilatçısı Bəxtiyar Hacıyev martın 5-də Konstitusiya Məhkəməsinin önündə parlament seçkilərinin nəticələrinə etiraz olaraq aksiya keçirmək istədiklərini bildirib.

 

BŞİH isə bu piketin keçirilməsinə razılıq verməyib və B.Hacıyevə tövsiyə edib ki, bu barədə aidiyyatı üzrə müraciət ünvanlasın.
 

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!