Bu çağırışçılara üç aylıq möhlət veriləcək RƏSMİ

SİYASƏT

11 Mart 2021 21:30

Oxunma sayi: 611
Bu çağırışçılara üç aylıq möhlət veriləcək   RƏSMİ

Prezident İlham Əliyev "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanununu imzalayıb.


Azmedia.Az xəbər verir ki , bu barədə AZƏRTAC məlumat yayıb.


"Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 2, maddə 56; 2015, № 2, maddə 92, № 5, maddə 496, № 7, maddə 821; 2016, № 6, maddələr 999, 1007; 2017, № 10, maddə 1769; 2018, № 7 (I kitab), maddə 1425, № 11, maddələr 2204, 2205; 2019, № 2, maddə 187, № 4, maddə 579, № 5, maddə 797, № 6, maddə 986; 2020, № 7, maddə 831, № 11, maddə 1338) aşağıdakı məzmunda 21.1.4-1-ci maddə əlavə edilsin:


"21.1.4-1. doktoranturaya qəbul üzrə ilk imtahandan müvəffəqiyyətlə keçən çağırışçılara - 3 ay müddətinə;".

 

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!