Bu ərazilərdə su olmayacaq

ÖLKƏ

15 Aprel 2024 19:04

Oxunma sayi: 259
Bu ərazilərdə  su olmayacaq

Sabah saat 10:00-dan 20:00-a qədər Sumqayıt şəhərində suyun verilişində fasilələr yaranacaq.

Azmedia.Az Gundem.az-a istinadən xəbər verir ki, bu barədə Azərsu ASC-nin Sumqayıt Sukanal İdarəsi məlumat yayıb.

Bildirilir ki, şəhəri içməli su ilə qidalandıran 85.75 səviyyəsindən gələn 450 mm diametrlik su kəmərində baş vermiş qəza ilə əlaqədar olaraq 48, 50, 51-ci məhəllələrdə,16,17,18, 20, 21-ci mikrorayonların və Corat qəsəbəsinin bir hissəsinə suyun verilişində fasilələr yaranacaq.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!