Bu gün deputatlar 15 məsələni müzakirə edəcəklər

SİYASƏT

03 Dekabr 2019 10:19

Oxunma sayi: 614
Bu gün deputatlar 15 məsələni müzakirə edəcəklər

Bu gün Milli Məclisin növbəti plenar iclası keçiriləcək.

 

Azmedia.Az Trend-ə istinadən xəbər verir ki, deputatlar Ailə Məcəlləsinə, Mülki Prosessual Məcəlləyə, Mülki Məcəlləyə, "Tibbi sığorta haqqında", "İcbari sığortalar haqqında" və digər qanunlara dəyişiklər müzakirə ediləcək.

 

Ümumilikdə iclasın gündəliyinə 15 məsələ daxildir.

 

Qeyd edək ki, dekabrın 2-də Milli Məclisin plenar iclasında parlamentin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Prezidentinə müraciət edilməsi barədə qərar qəbul edilib.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!