Bu gün Ərdoğan Azərbaycana gəlir

SİYASƏT

26 Oktyabr 2021 09:09

Oxunma sayi: 150
Bu gün Ərdoğan Azərbaycana gəlir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Füzuli Beynəlxalq Hava Limanının açılışında iştirak etmək üçün bu gün Azərbaycana gələcək. Ərdoğanın bu gəlişi onun son bir ildə Azərbaycana üçüncü səfəri olacaq.

Bir günlük səfər zamanı Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən rəsmi mərasimlə qarşılanacaq.

Azərbaycanın işğaldan azad edilmiş Qarabağ ərazisində inşa etdirdiyi ilk hava limanı olan Füzuli Beynəlxalq Hava Limanı Ərdoğanın da qatılacağı mərasimlə istifadəyə veriləcək və Türkiyə lideri mərasimdə çıxış edəcək.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!