Bu gün İran XİN başçısı Azərbaycana gəlir

SİYASƏT

22 Dekabr 2021 09:30

Oxunma sayi: 296
Bu gün İran XİN başçısı Azərbaycana gəlir

Bu gün İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir Abdollahian Azərbaycana gəlir. 

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun iranlı həmkarı ilə birgə mətbuat konfransı keçiriləcək.

Mətbuat konfransı saat 19:00-dan sonra Azərbaycan XİN-də keçiriləcək.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!