Bu gün Saakaşvilinin məhkəməsi olacaq

SİYASƏT

22 Dekabr 2021 12:53

Oxunma sayi: 232
Bu gün Saakaşvilinin məhkəməsi olacaq

Bu gün Tbilisi Şəhər Məhkəməsində Gürcüstanın keçmiş Prezidenti Mixail Saakaşvilinin növbəti məhkəmə prosesi keçiriləcək.

Azmedia.Az “Interpressnews”a istinadən xəbər verir ki, məhkəmə Saakaşvilinin Gürcüstan sərhədini qanunsuz keçməsi işi ilə bağlıdır.

Gürcü siyasətçinin məhkəmədə iştirak edib-etməyəcəyi onun sağlamlığı ilə bağlı vəziyyətdən asılı olacaq.

Qeyd edək ki, Gürcüstanın Daxili İşlər Nazirliyi Mixail Saakaşvilinin Gürcüstanın dövlət sərhədini qanunsuz keçməsi ilə bağlı araşdırmanı oktyabrın 1-i başladıb.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!