Bu gün Saakaşvilinin növbəti məhkəməsi keçiriləcək

SİYASƏT

09 Dekabr 2021 12:26

Oxunma sayi: 231
Bu gün Saakaşvilinin növbəti məhkəməsi keçiriləcək

Bu gün Gürcüstanda Tbilisi Şəhər Məhkəməsində keçmiş Prezident Mixail Saakaşvilinin növbəti məhkəmə prosesi keçiriləcək.

Azmedia.Az “Interpressnews”a istinadən xəbər verir ki, məhkəmə prosesi gürcü siyasətçinin oktyabrın 1-i  ölkə sərhədini qanunsuz keçməsi ilə bağlıdır.

Proses Bakı vaxtı ilə 12:00-da başlayacaq.

M.Saakaşvili dünən yaydığı məktubda böyük ehtimalla prosesdə iştirak etməyəcəyini bildirib. Siyasətçi buna səbəb kimi fiziki olaraq zəif olduğunu göstərib.

Qeyd edək ki, məsələ ilə bağlı ilk iclas noyabrın 16-da keçirilib və Saakaşvili prosesdə iştirak etməyib.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!