Bu ilin 10 ayı ərzində İranla ticarət dövriyyəsində 23.6 faiz artım müşahidə edilib Nazir

SİYASƏT

23 Dekabr 2021 03:34

Oxunma sayi: 199
Bu ilin 10 ayı ərzində İranla ticarət dövriyyəsində 23.6 faiz artım müşahidə edilib   Nazir

“Azərbaycanla İran arasındakı münasibətlərin əsasını dərin tarixi köklər, mədəni-tarixi bağlılıqlar təşkil edir”.

Azmedia.Az-ın məlumatına görə, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Hüseyn Əmir Abdullahianla keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, Azərbaycanla İran arasında bir sıra sənədlər imzalanıb.

Ceyhun Bayramovun sözlərinə görə, bu gün iranlı həmkarı ilə ikitərəfli münasibətlərin inkişaf etdirilməsi müzakirə olunub.

“Ölkələrimiz arasındakı münasibətlərdən danışarkən biz iqtisadi-ticari əlaqələri qeyd etməliyik. Azərbaycanla İran arasındakı ticarət dövriyyəsinin həcmi 23 faiz artıb”, - deyə Ceyhun Bayramov əlavə edib.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!