Bu mənzərəni izləyən komandirin kişiliyi olsaydı, intihar edərdi

SİYASƏT

24 May 2021 16:00

Oxunma sayi: 294
Bu mənzərəni izləyən komandirin kişiliyi olsaydı, intihar edərdi

"44 günlük Vətən müharibəsindən Ermənistanın məğlubiyyətinə və atəşkəsin əldə olunmasına baxmayaraq, birlik, hissə və bölmələrimiz fasiləsiz olaraq planlı təlimlərinə fasilə verilmir. Belə genişmiqyaslı təlimlərdən biri də mayın 20-də başa çatdı". 


Azmedia.Az xəbər verir ki , bunu milli.az-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib.

O bildirib ki, bu təlimin məqsədi Ermənistan və onun havadarlarına mesaj ünvanlamaq idi:

"Azərbaycan Ordusunun qoşun növlərinin cəlb edilməsi ilə keçirilən təlimlərə 15000 nəfərədək şəxsi heyət, 300-dək tank və digər zirehli texnika, 400-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, yaylım atəşli reaktiv sistemləri, minaatan və tank əleyhinə vasitələr, 50-dək hərbi aviasiya və müxtəlif təyinatlı pilotsuz uçuş aparatları cəlb olunmuşdu.  


Vətən Müharibəsindən sonra keçirilən ən irimiqyaslı təlimlərdə əsas diqqət Müharibə zamanı qazanılan döyüş təcrübəsinin inkişaf etdirilməsinə, qoşunların idarəolunmasına, döyüşə hazırolma vəziyyətinə gətirilməsinə və yenidən qruplaşmanın keçirilməsinə, o cümlədən ümumqoşun birlikləri, Raket və Artilleriya Qoşunları, aviasiya, Xüsusi Təyinatlı Qüvvələr arasında döyüş uzlaşması və qarşılıqlı fəaliyyətin təkmilləşdirilməsinə yönəldilmişdi. 

Təlimlərin ssenarisi həm hazırda Rusiya sülhməramlılarının nəzarətində olan Qarabağ ərazisində, həm də Azərbaycan ilə Ermənistan sərhəddində yaranan real təhdidlərin aradan qaldırılması üçün maksimum uyğunlaşdırılmışdı. Təlim aktulal problemlərin silahlı həll yollarını da nəzərdə tuturdu. 

Təlimin məqsədləri arasında "qanunsuz silahlı qruplaşmaların təxribatlarının qarşısının alınması və əks fəaliyyətlə terrorçuların zərərsizləşdirilməsi üzrə tapşırıqları da icra edilməsi" barədə rəsmi məlumatın yer alması da məhz Ermənistan və onun havadarlarına ünvanlanan mesaj idi. Bir gün sonra Naxçıvandakı Əlahiddə Ordunun komanda qərargah təlimlərinin başlaması və hələ də davam etməsi, təsadüfi hesab edilməməlidir. Təlimlərin açılması ləngiyən Zəngəzur dəhlizinə yaxın ərazilərdə keçirilir. 


Ermənistan rəhbərliyi, sərhəddə yaratdığı gərginlik fonunda Azərbaycan tərəfinin keçirdiyi iriqmiqyaslı təlimlərə, əvvəllər olduğu kimi reaksiya verdi. İmdad diləmək üçün digər ölkə rəhbərlərinə çoxsaylı zənglər və şikayətlər məlum ssenari idi. Başı zəng vurmağa qarışan erməni liderlərin ordusu isə bu zaman şillə təpiklə Azərbaycan ərazisindən qovulurdu. Erməni silahlılarının silahsız qovulmasını əks etdirən və həm sosial şəbəkədə, həm də KİV-lərdə geniş yayılan videogörüntülər uzun illər boyu Ermənistanın alnında qara bir ləkə olaraq qalacaq.   

Əslində bu mənzərəni izləyən hər bir siyasi və ya hərbi liderin az da mənliyi və kişiliyi olsaydı, intihar etməli idi. Çünki erməni ordusunun qoyun sürüsü kimi təpiklə qovulması nadir rast gəlinən ermənisayagı taktiki "geri çəkilmə" idi".

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!