“Bu, Paşinyana yaxşı heç nə vəd etmir” – Putindən İrəvana ağır zərbə

SİYASƏT

07 Oktyabr 2020 22:40

Oxunma sayi: 162
“Bu, Paşinyana yaxşı heç nə vəd etmir”      – Putindən İrəvana ağır zərbə

“Rusiya prezidentinin son açıqlaması ermənilərin xam xəyallarını puç etdi”.

 

Azmedia.az Teleqraf.com-a istinadən xəbər verir ki, bunu jurnalist Elçin Alıoğlu deyib.

 

Jurnalist Rusiyiya liderinin Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı son açıqlamasına diqqət çəkib:

 

“Rusiya hərbi əməliyyatların dayandırılmasını istəyir. Amma bununla belə, Rusiya prosesə aşkar müdaxilə etmək niyyətində olmadığını bir daha bildirir və eyni zamanda, işarə vurur ki, hərbi əməliyyatların yaxın vaxtda bitəcəyini düşünmür.

Ermənilər Putinin “Azərbaycan da, Ermənistan da, Dağlıq Qarabağ da” ifadəsindən yapışaraq bayram edirlər ki, bəs Vladimir Putin Dağlıq Qarabağı dövlət sayır. Bu idiotizmə cavab olaraq deyim ki, Putinin sözügedən açıqlaması əslində Ermənistanla qarabağlı ermənilərin nəm xəyallarının puç olmasıdır.

 

Putin “Azərbaycan da, Ermənistan da, Dağlıq Qarabağ da” deməklə Ermənistan Baş naziri Nikol Paşinyanın “Qarabağ Ermənistandır” açıqlamasının cavabını verib və Qarabağın heç bir halda Ermənistan olmadığını vurğulayıb.

 

“Bəs, Putinə görə, Dağlıq Qarabağ nədir?” sualına Elçin Alıoğlu belə cavab verib:

“Müsahibədəki növbəti cümləyə diqqət yetirək: “Hazırda hərbi əməliyyatlar Ermənistan ərazisində getmir”.

Münaqişə tərəflərinin Ermənistan və Azərbaycan olduğunu nəzərə alsaq, Rusiya prezidentinin nəyə işarə vurduğu aydındır. Yəni o, Dağlıq Qarabağın Azərbaycan ərazisi olduğunu vurğulayır. Vladimir Putinin müsahibəsini Rusiyanın Ermənistanla bağlı siyasətində yeni dövrün başlanğıcı və bu dövrün Nikol Paşinyana yaxşı heç nə vəd etməməsi saymaq olar”.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!