Bu şəxslər YAP ın İdarə Heyətindən çıxarıldı

SİYASƏT

05 Mart 2021 16:00

Oxunma sayi: 736
Bu şəxslər YAP   ın İdarə Heyətindən çıxarıldı

Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətindən çıxarılan şəxslərin adları məlum olub.


Azmedia.Az xəbər verir ki , bu barədə "Report"a İdarə Heyətindən məlumat verib.


Bildirilib ki, İdarə Heyətinin keçmiş üzvləri Ramiz Mehdiyev və Siyavuş Novruzov yeni təsdiqlənən İdarə Heyətində yer almayıblar.


Ramiz Mehdiyev yeni yaradılan Veteranlar Şurasının üzvü seçilib.


Qeyd edək ki, Veteranlar Şurasının sədri Arif Rəhimzadə, müavini isə Sədaqət Qəhrəmanovadır.

 
Qafqazinfo-nun məlumatına görə, PA-nın sabiq şöbə müdiri, Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında kafedra müdiri Əli Həsənov və sabiq baş nazirin müavini Əli Həsənov da İdarə heyətindən kənarlaşdırılıb.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!