Burada TikTok qadağan edildi

İKT

19 May 2023 09:23

Oxunma sayi: 692
Burada TikTok qadağan edildi

ABŞ-ın Montana ştatının qubernatoru Qreq Canforte ştatda "TikTok"u qadağan edən qanun layihəsini imzalayıb.

Azmedia.Az  bildirir ki, bu barədə Q.Canforte özünün "Twitter" səhifəsində yazıb.

"Montana sakinlərinin şəxsi məlumatlarını Çin Kommunist Partiyasından qorumaq üçün "TikTok"u qadağan etdim", - deyə qubernator bildirib.

Beləliklə, Montana tətbiqi qadağan edən ilk ABŞ ştatı oldu.

Yanvarın 1-də qüvvəyə minəcək qanun "TikTok"un Montana ştatında fəaliyyət göstərməsini, "Apple" şirkətinin "App Store" və "Google" şirkətinin "Play Store" kimi proqram mağazalarının isə onu ştatda yükləmək üçün əlçatan etməsini qadağan edir.

Qanunun pozulması gündə 10 min dollara qədər cərimə ilə nəticələnə bilər. Bununla belə, cəzalar istifadəçilərə şamil edilməyəcək.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!