Bütün seçki məntəqələrində xüsusi oturacaqlar qoyulub Məzahir Pənahov

SİYASƏT

23 Dekabr 2019 09:57

Oxunma sayi: 526
Bütün seçki məntəqələrində xüsusi oturacaqlar qoyulub   Məzahir Pənahov

Bələdiyyə seçkilərində müşahidəçilər üçün hər cür şərait yaradılıb. Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bu gün keçirilən mətbuat konfransında deyib.

 

Azmedia.az Milli.az-a istinadən bildirir ki, M.Pənahov bildirib ki, bütün seçki məntəqələrində xüsusi oturacaqlar qoyulub və onlar vasitəsilə bütün məntəqəni müahidə etmək imkanı var.

 

MSK sədri bildirib ki, heç bir seçki məntəqəsinə getmədən də veb-kameralar vasitəsilə seçkiləri müşahidə etmək olar: "1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb. Bu veb-kameralar vasitəsilə dünyanın istənilən yerindən seçkiləri müşahidə etmək mümkündür. Bu təcrübəni ilk dəfə olaraq Azərbaycan tətbiq edib və seçkilərin tam şəffaf və demokratik keçirilməsini təmin edir. Mən əmin olduğumu qeyd etmək istəyirəm ki, bu gün seçkilər aktiv şəkildə keçəcək və bütün seçiciləri seçkiərdə aktiv iştirak etməyə dəvət edirəm. Seçicilər seçki məntəqələrində bütün əməkdaşların peşəkar olduğunun şahidi olacaqlar".

 

Qeyd edək ki, bu gün Azərbaycanda bələdiyyə seçkiləri keçirilir.

 

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov saat 08:00-dan etibarən seçki məntəqələrinin seçicilərin səs verməsi üçün açıq elan edildiyini bildirib.

 

Bu il bələdiyyə seçkilərində 1606 bələdiyyə üzrə 15 156 bələdiyyə üzvü seçilməlidir. Ümumilikdə seçkilərdə 41 462 namizəd iştirak edir. Seçkilərdə iştirak edən partiyaların sayı 13-dür. Namizədlərin 3-də 1-i 13 siyasi partiyanın nümayəndələri, 3-də 2-si isə namizədliklərini özləri irəli sürən vətəndaşlardır.

 

Bələdiyyə seçkilərini 17 beynəlxalq, 52 636 yerli müşahidəçi müçahidə edəcək.

 

Seçkilərlə əlaqədar olaraq dekabrın 23-ü qeyri-iş günü elan olunub.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!