Çavuşoğlu amerikalı həmkarı ilə danışdı

SİYASƏT

15 Fevral 2021 22:53

Oxunma sayi: 611
Çavuşoğlu amerikalı həmkarı ilə danışdı

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ABŞ XİN rəhbəri Entoni Blinkenlə ikitərəfli məsələləri müzakirə edib.

 

Azmedia.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, M.Çavuşoğlu amerikalı həmkarını yeni vəzifəsi münasibətilə təbrik edib.

 

“Nazir ABŞ administrasiyası ilə qarşılıqlı hörmətə söykənən açıq və səmimi bir dialoq qurmaq məsələsində razılığa gəliblər. Görüşdə ikitərəfli münasibətlər bütün istiqamətlərdə gündəmə gətirilib, bəzi regional məsələlərlə FETO, PKK/PYD, terrorizmlə mübarizə, S-400, Suriya, Şərqi Aralıq dənizi məsələlərinə toxunulub.

 

Görüşdə ABŞ tərəfindən son zamanlarda verilən açıqlamalardan narahatlıq ifadə olunub. Nazirlər yaxın gələcəkdə gündəmdəki bütün məsələləri daha geniş müzakirə etmək üçün görüşmək barədə razılığa gəliblər”, - Türkiyə XİN-in yaydığı məlumatda deyilir.

 

Qeyd edək ki, bu, ABŞ-ın yeni Prezidenti Co Bayden Administrasiyası ilə Türkiyənin nazirlər səviyyəsində ilk təmasıdır.

 

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!