Çavuşoğlu Cənubi Qafqaz barədə: “Fransa ilə birgə qalıcı sülhə töhfə verə bilərik”

SİYASƏT

07 İyun 2021 13:38

Oxunma sayi: 258
Çavuşoğlu Cənubi Qafqaz barədə:     “Fransa ilə birgə qalıcı sülhə töhfə verə bilərik”

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Azərbaycan və Ermənsitan arasında qalıcı sülhün təmin edilməsi məsələsinə toxunub.

Azmedia.Az xəbər verir ki, bu barədə o Fransanın “L'Opinion” qəzetinə müsahibəsində deyib.

“Cənubi Qafqazda Azərbaycan və Ermənistanın çiçəklənməsinə fayda gətirəcək davamlı sülhü dəstəkləyə bilərik. Tarixin siyasi məqsədlər üçün alət olunması və təhrif edilməsi heç vaxt mübahisəni həll etməyib və ədalət bərpa olunmayıb”.

Çavuşoğu qeyd edib ki, erməni ekstremistlərin əsassız iddialarının Türkiyə-Fransa münasibətlərinə təsirinin qarşısı alınarsa, Türkiyə və Fransa birgə səy göstərərək Cənubi Qafqazın sabitliyinə daha yaxşı töhfə verə bilər.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!