Çavuşoğlu və Lavrov Azərbaycan Ermənistan münasibətlərini müzakirə etdilər

SİYASƏT

08 İyun 2022 15:32

Oxunma sayi: 442
Çavuşoğlu və Lavrov Azərbaycan   Ermənistan münasibətlərini müzakirə etdilər

“Qafqazda xüsusən “3+3” formatını və Azərbaycan və Ermənistan, Türkiyə və Ermənistan arasında münasibətlərin normallaşması məsələlərini müzakirə etdik. Bu mövzularda Rusiya Federasiyasının verdiyi dəstəyə görə təşəkkür edirik”.

Bu sözləri Türkiyənin xarici işlər naziri Mövud Çavuşoğlu rusiyalı həmkarı Sergey Lavrovla görüşdən sonra təşkil olunan mətbuat konfransında çıxışı zamanı deyib.

“Xüsusilə Azərbaycan və Ermənistan arasında hərtərəfli sülh sazişinin imzalanmasını regionun sabitliyi baxımından önəmli olduğunu düşünürük”, - deyə M.Çavuşoğlu qeyd edib.

Mənbə: TRT Haber

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!