“Çelsi“nin futbolçuları penaltiyə görə mübahisə etdilər - VİDEO

İDMAN

16 Aprel 2024 14:21

Oxunma sayi: 274
“Çelsi“nin futbolçuları penaltiyə görə mübahisə etdilər -  VİDEO

İngiltərə Premyer Liqasının 33-cü turunun "Çelsi" - "Everton" matçında (6:0) baş verən bir hadisə hamını təəccübləndirib.

Azmedia.Az xəbər verir ki, 62-ci dəqiqədə meydan sahibi komanda penalti qazanıb. Bu zaman 11 metrlik zərbəni vurmaq üstündə mübahisə düşüb. Əvvəlcə topa Makude yaxınlaşıb. Lakin sonra Koul Palmer topu ondan alaraq zərbəni yerinə yetirmək istəyib. Buna isə Nikolas Cekson və Noni Makude etiraz ediblər. Cekson topu penaltini yerinə yetirmək istəyən Palmerdən almaq istəsə də, ingiltərəli futbolçu  onu itələyib.Konor Qallaher də bu məsələdə Palmerin tərəfini tutub.

Yekunda topa Palmer yaxınlaşıb və zərbəni dəqiq yerinə yetirib. Bu görüşdə o, 4 qol vurub.

Matçdan sonra jurnalistlərə açıqlama verən "Çelsi"nin baş məşqçisi Maurisio Poçettino baş verənləri biabırçılıq adlandırıb:

“Palmer penalti vuranımızdır. Belə hadisə bir daha olmayacaq. Özlərini uşaq kimi apardılar. Bu, biabırçılıqdır. Futbolçulara dedim ki, bu cür davranışı sonuncu dəfə qəbul edirəm. Mən zarafat etmirəm. Bir daha deyirəm, penalti vuranımız Koul Palmerdir".//unikal

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!