“Cənubi Qafqazda atəşkəsin davamlı olmasını istəyirik“ Çavuşoğlu

SİYASƏT

29 Yanvar 2021 13:56

Oxunma sayi: 591
“Cənubi Qafqazda atəşkəsin davamlı olmasını istəyirik“   Çavuşoğlu

Türkiyə və İran xarici işlər nazirləri Mövlud Çavuşoğlu ilə Məhəmməd Cavad Zərif birgə mətbuat konfransı keçirib.

 

Azmedia.Az xəbər verir ki, konfrans zamanı Çavuşoğlu bir sıra regional və beynəlxalq məsələlərin, həmçinin Cənubi Qafqazda sülhün bərpasında əməkdaşlığa dair məsələlərin müzakirə olunduğunu bildirib.

 

“Fikir mübadiləsi apardıq, Suriyadakı son vəziyyəti, İraq, Körfəz və xüsusilə Cənubi Qafqazdakı prosesləri müzakirə etdik. Cənubi Qafqazda atəşkəs var və biz “3+3” formatı ilə Cənubi Qafqazda sülhü davamlı hala gətirmək istəyirik”,- deyə Çavuşoğlu qeyd edib.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!