Ceyhun Bayramov Avstriyaya yola düşüb

SİYASƏT

18 Yanvar 2022 12:28

Oxunma sayi: 352
Ceyhun Bayramov Avstriyaya yola düşüb

18 yanvar 2022-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Avstriya Respublikasına işgüzar səfərlə yola düşüb.

Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən Azmedia.Az-a verilən xəbərə görə, səfər çərçivəsində nazir, ATƏT-in Təhlükəsizlik üzrə Əməkdaşlıq Forumunun Azərbaycanın sədrliyi ilə keçiriləcək açılış iclasında iştirak edəcək.

Səfər çərçivəsində, həmçinin ATƏT və Avstriya rəsmiləri ilə ikitərəfli görüşlərin keçirilməsi nəzərdə tutulub.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!