Ceyhun Bayramov Brüsseldə keçiriləcək üçtərəfli görüşdən danışıb

SİYASƏT

02 Aprel 2022 17:15

Oxunma sayi: 134
Ceyhun Bayramov Brüsseldə keçiriləcək üçtərəfli görüşdən danışıb

Azərbaycan Ermənistanla danışıqlara həmişə açıqdır.

Azmedia.Az Trend-ə istinadən xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərin suallarını cavablandırarkən deyib.

"Bu, Ermənistanla Azərbaycan arasında münaqişənin həllini bir daha müzakirə etmək üçün yaxşı fürsətdir. Ölkəmizin bu məsələyə münasibəti hər kəsə məlumdur. Ermənistanın da öz mövqeyini bildirmək şansı olacaq", - Bayramov bildirib.

Xatırladaq ki, aprelin 6-da Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və Aİ Şurasının rəhbəri Şarl Mişel arasında Brüsseldə görüş keçiriləcək.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!