Ceyhun Bayramov: “İranla Azərbaycan arasındakı münasibətlərin əsasını dərin tarixi köklər təşkil edir“

SİYASƏT

23 Dekabr 2021 03:04

Oxunma sayi: 368
Ceyhun Bayramov: “İranla Azərbaycan arasındakı münasibətlərin əsasını dərin tarixi köklər təşkil edir“

“İran ilə Azərbaycan arasındakı münasibətlərin əsasını dərin tarixi köklər təşkil edir".

Azmedia.Az “report”a istinadən xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bu gün İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahianla birgə keçirdiyi mətbuat konfransında deyib.

“Son aylar ərzində biz beynəlxalq tədbirlərdə 3 dəfə görüşmüşük. Bu görüşlərin əsas məğzi ölkələrimiz arasındakı münasibətlərin irəli aparılmasından ibarətdir", - nazir vurğulayıb.

C.Bayramov qeyd edib ki, Azərbaycan müstəqillik qazandıqdan sonra ölkələr arasında bir sıra sənədlər imzalanıb: "2021-ci ilin 10 ayı ərzində qarşılıqlı ticarət dövriyyəsində 23,6 faiz artım olub”.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!