Ceyhun Bayramov: “Şimal Cənub layihəsi daha da inkişaf etdirilə bilər”

SİYASƏT

24 İyun 2022 14:15

Oxunma sayi: 375
Ceyhun Bayramov: “Şimal   Cənub layihəsi daha da inkişaf etdirilə bilər”

“Şimal-Cənub layihəsi daha da inkişaf etdirilə bilər”.

“Report” xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov rusiyalı həmkarı Sergey Lavrovla keçirilən birgə mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, əsas diqqət regionda nəqliyyat-kommunikasiya əlaqələrinin genişləndirilməsinə yönəlib.

“Bununla əlaqədar olaraq, Şimal-Cənub layihəsi mühüm əhəmiyyət kəsb edir. Bu layihə öz səmərəliliyini göstərib və daha da inkişaf etdirilə bilər”, - nazir deyib.

O, Azərbaycan və Rusiyanın iqtisadi əməkdaşlığı inkişaf etdirdiklərini və Azərbaycanın Rusiyanın 70-dən çox subyekti ilə iqtisadi əlaqələrə malik olduğunu xatırladıb.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!