Ceyhun Bayramov XİN rəhbəri kimi ilk xarici səfərinə gedir

SİYASƏT

10 Avqust 2020 12:39

Oxunma sayi: 298
Ceyhun Bayramov XİN rəhbəri kimi ilk xarici səfərinə gedir

Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov avqustun 11-də Türkiyəyə rəsmi səfər edəcək.

 

Azmedia.az  xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyi məlumat yayıb.

 

Nazirlikdən bildirilib ki, C.Bayramovun sözügedən ziyarəti onun Xarici İşlər naziri kimi ölkə xaricinə ilk səfəri olacaq.

 

Səfər zamanı ikitərəfli və regional məsələlər müzakirə olunacaq, qlobal hadisələrlə bağlı fikir mübadiləsinin aparılması nəzərdə tutulur.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!