Ceyhun Məmmədov: “Erməni yalanlarının ifşası əsas fəaliyyət istiqamətlərimizdən biri olacaq“

SİYASƏT

27 May 2020 15:35

Oxunma sayi: 481
Ceyhun Məmmədov: “Erməni yalanlarının ifşası əsas fəaliyyət istiqamətlərimizdən biri olacaq“

Əziz həmvətənlər! Dəyərli Dostlar! Hörmətli media nümayəndələri!

 

Seçki platformasında da qeyd etdiyimiz kimi, Qarabağ həqiqətlərinin təbliği, erməni yalanlarının ifşası əsas fəaliyyət istiqamətlərimizdən biri olacaq.

 

“Yeni Gündəm” xəbər verir ki, deputat Ceyhun Məmmədov bu barədə şəxsi facebook səhifəsində yazlb. O, qeyd edib:

 

Bu məqsədlə müxtəlif səpkili tədbirlər keçirməyi planılaşdırırıq. İlk tədbirimiz iyun ayının 2-də “Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin binasında həmin icmanın üzvləri, ictimaiyyət nümayəndələri və medianın iştirakı ilə “Qarabağ həqiqtələrinin dünyada təbliği: reallıqlar və perspektivlər” mövzusunda olacaq. Müzakirələrin əsas mövzularından biri son günlər Dağlıq Qarabağda cərəyan edən hadisələr olacaq.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!