Çin peyvənd sahəsində Rusiya ilə əməkdaşlıq edəcək

SİYASƏT

04 Fevral 2021 09:00

Oxunma sayi: 620
Çin peyvənd sahəsində Rusiya ilə əməkdaşlıq edəcək

Çin Rusiya ilə koronavirus infeksiyasına qarşı peyvənd sahəsində əməkdaşlığı dəstəkləməyə hazır olduğunu bildirib.

 

“RİA Novosti” xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin məlumat departamenti açıqlayıb.

 

Nazirlikdən bildirilib ki, peyvənd epidemiyaya qarşı mübarizədə əhəmiyyətli bir silahdır.

 

“Çin tərəfi peyvəndlərlə bağlı müvafiq əməkdaşlıq mövzusunda Rusiya da daxil olmaqla bütün ölkələrlə sıx əlaqə saxlamağa hazırdır”, - deyə məlumatda qeyd edilir.

 

Xatırladaq ki, Rusiya dünyada COVID-19-a qarşı peyvəndi ilk qeydiyyatdan keçirən ölkədir.

 

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!