Çindən Rusiya aviaşirkətlərinə İMTİNA CAVABI

SİYASƏT

10 Mart 2022 17:36

Oxunma sayi: 244
Çindən Rusiya aviaşirkətlərinə  İMTİNA CAVABI

Çin Rusiya aviaşirkətlərinə təyyarə hissələri tədarükündən imtina edib.

Bu barədə “Rosaviasiya” təyyarələrinin uçuşa yararlılıq şöbəsinin rəhbəri Valeri Kudinov bildirib.

Onun sözlərinə görə, Rusiya Türkiyə, Hindistan və digər ölkələrdə təyyarə hissələrinin tədarükü imkanlarını axtarmağı planlaşdırır.

“Biz aviaşirkətin özünə tapşırmışıq ki, bu ehtiyat hissələrini haradan əldə etmək imkanının olduğunu müəyyənləşdirsin. Bildiyimə görə, elə məlumatlar yayılıb ki, onlar məsələn, Çinə müraciət ediblər və çinlilər bundan imtina ediblər”, - deyə Kudinov jurnalistlərə açıqlamasında deyib.

Fevralın 26-da Avropa İttifaqı Rusiyaya mülki təyyarələrin və ehtiyat hissələrinin tədarükünü, habelə onlara texniki qulluq və sığortasını qadağan edən sanksiyalar tətbiq edib.

Mənbə: İnterfaks

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!