Conson: “NATO Putinə zəmanət verməyə hazırdır”

SİYASƏT

20 Fevral 2022 13:30

Oxunma sayi: 175
Conson: “NATO Putinə zəmanət verməyə hazırdır”

“NATO alyansın Rusiyaya qarşı təhlükə daşımadığına dair Rusiya Prezidenti Vladimir Putinə zəmanət verməyə hazırdır”.

Bu barədə Böyük Britaniyanın Baş naziri Boris Conson danışıb.

“Əgər Prezident Putin hazırdırsa, qarşıda bir yol var. Onun gördüyünü iddia etdiyi təhlükələri müzakirə etmək olar. Çünki real həyatda biz hər birimiz bilirik ki, bu təhdidlər illuziyadır”, - deyə o bildirib.

Mənbə: RİA Novosti

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!