Daha bir ölkə Rusiya qazından məhrum ola bilər

SİYASƏT

30 May 2022 22:00

Oxunma sayi: 333
Daha bir ölkə Rusiya qazından məhrum ola bilər

Danimarkanın enerji şirkəti “Oersted” bəyan edib ki, rublla ödənişdən imtina etdiyi üçün Rusiya qazından məhrum ola bilər.

Məlumata görə, ödəniş üçün son tarix mayın 31-dir.

“Qazprom Export” “Oersted”dən qaz tədarükü üçün ödənişin rublla ödənilməsini tələb etməkdə davam edir. Müqaviləyə əsasən, bizim belə hüquqi öhdəliklərimiz yoxdur. Biz dəfələrlə “Qazprom Export”a bildirmişik ki, bunu etməyəcəyik. “Oersted” avro ilə ödənişi davam edəcək”, – şirkətdən bildirilib.

Danimarkalılar əmindirlər ki, Rusiya “Oersted”ə qaz tədarükünü dayandırarsa, bu, razılaşmanın pozulması olacaq.

Qeyd edək ki, aprelin 27-dən etibarən Polşa və Bolqarıstana Rusiya qazının tədarükü dayandırılıb.

Mənbə: lenta.ru

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!