Daha bir ölkədən Azərbaycana qarşı XAİN ADDIM: “Ermənistanın yanındayıq“

SİYASƏT

18 Noyabr 2021 13:42

Oxunma sayi: 248
Daha bir ölkədən Azərbaycana qarşı XAİN ADDIM:  “Ermənistanın yanındayıq“

44 günlük Qarabağ müharibəsində Azərbaycana qarşı qərəzli açıqlamları və addımları ilə yadda qalan Kanada bu dəfəki gərginlikdə də Ermənistanın yanında olduğunu bildirib.

Azmedia.Az Teleqraf.com-a istinadən xəbər verir ki, Kanada Xarici işlər naziri Melani Coli sərhəddəki qarşıdurmadan sonra verdiyi açıqlamada Ermənistanın itkilərinə üzüldüyünü bildirib.

“Kanada Ermənistan və Azərbaycan sərhədində baş vermiş son toqquşma səbəbindən erməni tərəfinin itkilər verməsindən dərin narahatdır. Düşüncələrimiz həlak olanların ailələri və yaxınları ilədir. Biz tərəfləri məsələnin sülh yolu ilə həlli üçün gərginliyin azaldılmasına çağırırıq”, - Coli bildirib.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!