Daha bir ölkədən Azərbaycana qarşı XAİN ADDIM Türkiyə dərhal cavab verdi

SİYASƏT

19 Dekabr 2020 20:30

Oxunma sayi: 651
Daha bir ölkədən Azərbaycana qarşı XAİN ADDIM   Türkiyə dərhal cavab verdi

Türkiyə XİN Belçika parlamentinin aşağı palatasının Dağlıq Qarabağa dair qəbul etdiyi qətnaməni pisləyib.


Azmedia.Az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyə XİN rəsmisi Hami Aksoyun yazılı bəyanatında bildirilir.


Aksoy qeyd edib ki, bu sənəd Belçika Nümayəndələr Palatasının, eləcə də bir sıra digər parlamentlərin ermənipərəst ritorikanın alətinə çevrilməsinə bariz nümunədir, onlar qərəzli hərəkət edir və daxili siyasətə yönəlmiş dar maraqların girovuna çevrilirlər.


“Qətnamə Türkiyə-Belçika münasibətlərinə kömək etməyəcək və regionda sülhə və sabitliyə nail olmaq üçün səylərə xidmət etməyəcək. Bu cür qətnamələr Ermənistanın faktları qəbul etməsi prosesini də ləngidir və onu öhdəliklərini yerinə yetirməkdən yayınmağa sövq edir”, - o qeyd edib.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!