Daha bir ölkənin Kiyevdəki səfirliyi fəaliyyətini bərpa edir

SİYASƏT

10 May 2022 14:28

Oxunma sayi: 384
Daha bir ölkənin Kiyevdəki səfirliyi fəaliyyətini bərpa edir

Yunanıstanın Ukraynanın paytaxtı Kiyevdəki səfirliyi fəaliyyətini bərpa edir. Səfirlik lazımi kadrlarla təmin olunub.

Bu barədə Yunanıstan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin yaydığı bəyanatda qeyd edilir.

“Səfirlik Odessadakı Baş Konsulluğu ilə birlikdə həmişəki kimi fəaliyyət göstərərək Yunanıstan vətəndaşları, eləcə də Ukraynadakı etnik yunanlar üçün hər cür yardım göstərməyə davam edəcək”, - deyə bildirilib.

Xatırladaq ki, fevralın 25-də Yunanıstan hakimiyyəti respublikanın Kiyevdəki səfirliyinin təxliyəsinə icazə verib.

Qeyd edək ki, son günlər Türkiyə, Belçika da daxil olmaqla bir neçə ölkə öz səfirliyini Kiyevə qaytarıb.

Mənbə: TASS

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!