Daha bir şəhidimiz dəfn edildi FOTO

SİYASƏT

14 Yanvar 2021 14:48

Oxunma sayi: 710
Daha bir şəhidimiz dəfn edildi   FOTO

Vətən müharibəsində Murov dağı istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Azərbaycan Ordusunun hərbçisi, 2000-ci il təvəllüdlü Əliyev Hüseyn Sahib oğlu Tovuzda dəfn edilib.

 

Azmedia.az xəbər verir ki, o, doğulduğu rayonun Əsirik-Cırdaxan kəndində torpağa tapşırılıb.

Dəfn mərasimində şəhidin yaxınları, döyüş yoldaşları, rayon sakinləri və ictimaiyyət nümayəndələri iştirak edib.

Qeyd edək ki, o, Vətən müharibəsində itkin düşən 64 hərbçidən biri idi.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!