“Damla onunla evlidir, etiraf edəcək” - FOTO

ŞOU BİZNES

23 Aprel 2024 18:48

Oxunma sayi: 778
“Damla onunla evlidir, etiraf edəcək”  - FOTO

"Damla ilə işləmərəm, onun ətrafında çox təhlükəli insanlar var".

Azmedia.Az bakıvaxtı.az-a istinadla xəbər verir ki, bu sözləri müğənni Elnar Xəlilov "Space star" verilişinə müsahibəsində deyib.

İfaçı həmkarı Damlanın tanınmasında ən çox pay sahibi olanlardan biri olduğunu bildirib:

"Damlanın tanınmasında əsas pay sahibi olanlardan da biri mənəm. Bunu xalq bilir. Əgər Damlanın da vicdanı varsa, bunu etiraf edəcək. Damla mərd xanımdır, onunla duet oxuduğuma görə peşman deyiləm. Mən peşmanam ki, Damlanın "Elnar, bunu necə edək?" deyən dönəmlərində onu Şamillə (Damlanın prodüseri - red.) calamışam. Bu gün də Şamil Damlanın həyat yoldaşıdır. Təbrik edirəm, xoşbəxt olsunlar. Düşünürəm ki, bunlar unudulmaz".

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!