Deputat: “Bu qərar Azərbaycan vətəndaşının sağlamlığına qarşı olan təhdidlərin qarşısını almaq üçündür“

SİYASƏT

14 Mart 2020 12:58

Oxunma sayi: 192
Deputat:     “Bu qərar Azərbaycan vətəndaşının sağlamlığına qarşı olan təhdidlərin qarşısını almaq üçündür“

Xəbər verdiyimiz ki, bugündən ölkədə xüsusi rejimin tətbiqinə başlanıb.
 
 

Azmedia.az AZXEBER.COM-a istinadla  xəbər verir ki, Nazirlər Kabineti yanında qərarhagın açıqlamasına görə, tutduğu mövqedən asılı olmayaraq hər bir vətəndaş maksimal şəkildə diqqətli və məsuliyyətli olmalıdır.
 

AZXEBER.COM bununla bağlı millət vəkili Arzu Nağıyevin fikirlərini öyrənib. 

 

"Mən düşünürəm ki, son vaxtlar koronavirusla bağlı bir sıra dövlətlərdə tətbiq olunan məhdudiyyətlərin qoyulması mühüm əhəmiyyət kəsb edir. Azərbaycanda yaradılmış koronavirusla bağlı qərargahın verdiyi qərar əhəmiyyətlidir. Çünki son vaxtlar istər sosial şəbəkədə, istərsə də kütləvi inforasiya vasitələrində heç bir əsası olmnayan xəbərlər yayılmaqda idi. Bütün bu proseslərə nəzarət etmək dövlət səviyyəsində qurumun yaradılması və müvafiq qərarların qəbul edilməsi vacib idi. Həmin qərargahda bir sıra qurumlar - xüsusi xidmət, hüquq mühafizə orqanları ilə yanaşı sağlamlığa cavabdeh olan bütün qurumların nümayəndələri var. Son vaxtlar sərhədlə bağlı, istərsə də qapalı tipli xəstəxanaların yaradılması ilə bağlı da addımlar atılıb. Çünki ayrı-ayrılıqda xaotik şəkildə müəyyən qərarların verilməsindənsə, belə mühüm qərarın birmənalı şəkildə qərargah tərəfindən verilməsi məqsədəuyğundur. Düşünürəm ki, bu mühüm qərardır. Müəyyən məhdudiyyətlərin qoyulması Azərbaycan vətəndaşının sağlamlığına qarşı olan təhdidlərin qarşısını almaq üçündür".
 
 

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!