DİQQƏT! Sertifikasiyanın keçiriləcəyi ay AÇIQLANDI

ÖLKƏ

05 Aprel 2024 15:47

Oxunma sayi: 918
DİQQƏT! Sertifikasiyanın keçiriləcəyi ay  AÇIQLANDI

Xəbər verdiyimiz kimi, cari il Riyaziyyat və Xarici dil müəllimləri sertifikasiya prosesinə cəlb olunacaqlar. Namizədlər imtahanın keçiriləcəyi tarixlərlə maraqlanırlar.

Bəs, imtahanın nə zaman keçirilməsi nəzərdə tutulur?

Azmedua.Az AzEdu.az-a istinadən xəbər verir ki, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin ümumi təhsilin təşkili şöbəsinin müdir müavini Nurlan İsmayilbəyli bildirib ki, müəllimlərin sertifikasiya imtahanı iyun ayında keçiriləcək.

“Təkrar sertifikasiya imtahanında iştirak edəcək müəllimlər 1 il ərzində yenidən imtahana buraxılacaqlar. Qeyd edək ki, bu il riyaziyyat və xarici dil üzrə sertifikasiya imtahanının yay aylarında, daha dəqiq desək iyunda keçirilməsi nəzərdə tutulub”.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!