Dövlət Bağçalının Şuşada məktəb tikdirmək təklifinə rəsmi REAKSİYA

SİYASƏT

20 Yanvar 2021 13:15

Oxunma sayi: 619
Dövlət Bağçalının Şuşada məktəb tikdirmək təklifinə rəsmi     REAKSİYA

Milliyyətçi Hərəkat Partiyasının sədri Dövlət Bağçalının Şuşada məktəb tikdirməsinə rəsmi reaksiya verilib. 



Azmedia.Az oxu.az-a istinadən xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral jurnalistlərə açıqlamasında deyib. 



O bildirib ki, Azərbaycan torpaqları işğaldan azad olunduqdan sonra Türkiyədəki bir çox qurumlar Azərbaycana dəstəklə bağlı çağırışlar edib:



"Bunlar Azərbaycan hökümətinin verəcəyi qərardan asılıdır. Müvafiq qərar qəbul olunarsa, Türkiyənin əlaqədar qurumlarına məlumat veriləcək”.



"Türkiyə müharibə dövründən sonra da Azərbaycana hər cür dəstək olmaq məqsədilə səfərbər olub. Şəhid və məcburi köçkün ailələrinə kömək məqsədilə Türkiyədən Azərbaycana gələnlər var”, - deyə o qeyd edib.



Xatırladaq ki, Dövlət Baxçalı Şuşada məktəb açmaqla bağlı təklif irəli sürüb. O, "Ülkü Ocakları Eğitim ve Kültür Vakfı” tərəfindən Şuşada ibtidai sinif məktəbini inşa etdirmək niyyətində olduğunu deyib.

 

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!