“Dövlət Nəzarəti İnformasiya Sistemi” yaradılıb

SİYASƏT

30 Yanvar 2021 20:00

Oxunma sayi: 579
“Dövlət Nəzarəti İnformasiya Sistemi” yaradılıb

Prezident İlham Əliyev "Dövlət Nəzarəti İnformasiya Sistemi"nin yaradılması haqqında fərman imzalayıb.


Azmedia.Az AZƏRTAC-a istinadən bildirir ki, fərmana əsasən, "Dövlət Nəzarəti İnformasiya Sisteminin iş Qaydası" təsdiq edilib.


Azərbaycan Respublikası Prezidentinin Administrasiyası:


Dövlət Nəzarəti İnformasiya Sisteminin fəaliyyətini təmin etməli;


yerli icra hakimiyyəti orqanlarının fəaliyyətinin səmərəliliyinin qiymətləndirilməsi üçün əsas səmərəlilik göstəricilərini müəyyən etsin və qiymətləndirməni aparmalı;  Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti ilə birgə Dövlət Nəzarəti İnformasiya Sisteminin informasiya təhlükəsizliyinin təmin edilməsi üçün tədbirlər görməlidir.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!