Dövlət qayğısı göstərilən şəhid ailələrilə bağlı statistika açıqlandı

SİYASƏT

25 Dekabr 2020 17:10

Oxunma sayi: 786
Dövlət qayğısı göstərilən şəhid ailələrilə bağlı statistika açıqlandı

“Son bir ayda 4 500 şəhid ailəsi və müharibə əlili dövlətin qayğısı ilə əhatə olunub”.

 

Azmedia.az  xəbər verir ki, bunu parlamentin bu gün keçirilən iclasında Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev deyib.

Nazir bildirib ki, bu il 1 500 mənzil və fərdi ev bu kateqoriyadan olan insanlara təqdim ediləcək:

“Ümumilikdə isə 9 mindən çox fərdi ev və mənzil bu kateqoriyadan olan insanlara təqdim edilib”.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!