Döyüşlərdə ayaqlarını itirən qazi Belə igidlərin fədakarlıqları hədər getmədi (VİDEO)

SİYASƏT

09 Yanvar 2021 16:22

Oxunma sayi: 1168
Döyüşlərdə ayaqlarını itirən qazi   Belə igidlərin fədakarlıqları hədər getmədi (VİDEO)

Vətən müharibəsində döyüşərək sağlamlıqlarını itirən, evlərinə qazi kimi dönən qəhrəmanlarımızın indi bir təsəllisi var. Əməkləri, fədakarlıqları hədər getmədi. Ağdam istiqamətində gedən döyüşlərdə hər iki ayağını itirən 20 yaşlı şəmkirli qazi də gələcəyə inam və ümidlə baxır. O, qazanılmış qələbədə pay sahibi olduğuna görə fərəh hissi keçirdiyini vurğulayır.

 

Azmedia.Az xezerxeber.az-a istinadən bildirir ki, 18 yaşı tamam olan kimi çağırışçı kimi hərbi xidmətə getdi, Vətən müharibəsinin ilk günlərindən tərkibində olduğu birləşmə ilə əks-hücum əməliyyatlarına qatıldı.

Vətən Müharibəsinin iştirakçılarından olan Qoca Namazov Ağdam istiqamətində gedən döyüşlərdə yaralanır.

Cəmi 20 yaşına dünya boyda ürək, fədakarlıq, Vətən sevgisi sığdırmağa bacaran Qoca itkisinə üzülmür, əksinə qazanılmış qələbədə pay sahibi olduğuna görə qürur hissi keçirir.

Qocanın atası da birinci Qarabağ müharibəsində iştirak edib. Atası Hüseyn Namazov deyir ki, onların yarım qoyduqları işi övladları başa çatdırdı və bundan böyük fəxarət ola bilməz.

İndi Qoca Namazov müalicəsini davam etdirmək üçün yenidən hospitala qayıdacaq. Ailəsi əmindir ki, onun yenidən ayağa qalxması üçün dövlət tərəfindən bütün tədbirlər görüləcək.

 

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!